Papa Françesko Arakan müsəlmanlarının yanına gedir

Katolik Kilsəsinin lideri Papa Françesko Arakan müsəlmanlarına mənəvi dəstək məqsədilə 26 noyabr - 2 dekabr tarixləri arasında Myanma və Banqladeşə səfər edəcək.

824408
Papa Françesko Arakan müsəlmanlarının yanına gedir

   Vatikan tərəfindən açıqlanan səfər proqramına görə, Papanın Myanma səfərinin şüarı "Sevgi və Sülh", Banqladeş səfərinin şüarı isə "Harmoniya və sülh" kimi müəyyənləşdirilib. Ümumiyyətlə, Papanın Myanma edəcəyi səfəri Vatikan "Arakan müsəlmanlarına dəstək səfəri" adlandırır.  

  Məlumatı İtaliya qəzeti “İl Messaggero” "Papa Françesko arakanlıları müdafiə etmək üçün Myanmaya gedir" başlığı ilə çatdırıb. İtaliya Katolik Kilsəsinin televiziya kanalı TV 2000 isə "Arakan xalqının vəziyyəti Papanın səfərinin əsas məqsədidir" ifadələrinə geniş yer verib.



Әlaqәli Xәbәrlәr