İngiltərə şirkəti 1915 işçisini ixtisara salır

İngiltərənin paytaxtı Londonda yerləşən “BAE Systems” müdafiə, təhlükəsizlik və aviasiya şirkəti əməkdaşlarının 1915 nəfərini ixtisara salır.

824403
İngiltərə şirkəti 1915 işçisini ixtisara salır

    Şirkətdən bildiriblər ki, Birləşmiş Krallıqdakı donanma və kəşfiyyat sistemləri kiçilməyə doğru yol alıb. “Typhoon” təyyarələrinin sifarişi azalıb. Ona görə Qətərdən gəlməsi gözlənilən sifarişlərə qədər istehsal ağır gedəcək. Plana görə təxminən 1400 işçi İngiltərənin başqa aviasiya və informasiya sistemlərinə keçiriləcək.

  İşdən çıxarma prosesinin 2018-ci ilin 1 yanvarından başlanacağı nəzərdə tutulur.

  “BAE Systems” müdafiə, təhlükəsizlik və aviasiya şirkətinin rəhbəri Çarlz Vudbörn məsələyə dair açıqlamasında bildirib ki, şirkət rəqabət və innovasiya gücünü artırmağı qarşısına məqsəd qoyub.

  İngiltərənin ən böyük həmkarlar ittifaqlarından biri olan “Uniteın”in Baş Katib müavini Stiv Törner isə: "Bu qərar həm ölkənin həm müdafiə sənayesi, həm də məşğulluğuna zərər yetirir", - deyib.



Әlaqәli Xәbәrlәr