Argentina Hava Yolları, təhlükəsizlik səbəbiylə Venesuelaya reysləri dayandırıb

Argentina Havayollarının  məlumatına görə, Venesuelada şiddət hadisələrinin artması və siyasi qeyri-müəyyənlik səbəbiylə bu ölkəyə uçuşlar təxirə salınıb.

823623
Argentina Hava Yolları, təhlükəsizlik səbəbiylə Venesuelaya reysləri dayandırıb

Qeyd edək ki, daha əvvəl də bir çox hava yolu şirkəti, müqavilələr ilə əlaqəli yaranan mübahisələr və ekipaj heyətinin təhlükəsizliyinə dair qayğılar səbəbiylə Venezuelaya reyslərin dayandırılmasını nəzərdə tutan qərar qəbul etmişdir.

Kolombiyanın Avianca hava yolu şirkəti, Amerika Birləşmiş Ştatları (ABŞ) -nin United və Delta Hava yolları bu il Venezuelaya uçuşlarını müvəqqəti olaraq dayandırıb.

Alman hava yolu şirkəti Lufthansa isə ötən il, Meksikanın Aeromexico, İtaliyanın Alitalia, Çilinin Tam, Braziliyanın Gol və Kanadanın Air Canada hava yolu şirkətləri də 2014 və 2015-ci illərdə ölkədən ayrılıblar.

Beynəlxalq Hava nəqliyyat Birliyi isə Venesuelanın hər ötən gün yalnızlığa məhkum edildiyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr