Amerika qitəsində yeni fırtına tüğyan edir

Nate adı verilən tropik fırtına Mərkəzi Amerikada 22 insanın ölümünə səbəb oldu.

821590
Amerika qitəsində yeni fırtına tüğyan edir

Fırtına yenə də Amerika qitəsini ağuşuna aldı.

Nate adı verilən tropik fırtına Mərkəzi Amerikada 22 insanın ölümünə səbəb oldu.

 Nikaragua, Kosta Rika və Hondurasda fırtına nəticəsində 11 nəfər öldü, 7-si itkin düşdü.

Kosta Rikadakı leysan yağışda da aralarında 2 uşağın olduğu 8 insan həlak oldu. 17 nəfər isə itkin düşdü.

7 mindən çox insan evini tərk etdi, ölkədə fövqəladə hal elan edildi.

Məktəblər, dövlət qurumları və banklar bağlandı.

Hondurasda 2, Salvadorda 1 nəfər öldü.

Meksika körfəzinə doğru irəliləyən fırtınanın güclənərək qasırğaya çevriləcəyi təxmin edilir.

Amerika Birləşmiş Ştatlarında Harvey və İrma qasırğalarının yaralarını sarımağa çalışan ştatlar yenə də təhlükəlidir.

Floridadan Texasa qədər uzanan bölgədə xalqa hazırlıqlı olmaq barəsində çağırış edildi.

 

 



Әlaqәli Xәbәrlәr