"Oxford Azadlıq Nişanı" Aung San Çiinin əlindən alınır

Müsəlmanların qətlinə səssiz qalan Myanma xarici işlər naziri və dövlət müşaviri Aung San Çiiyə verilən "Oxford Azadlıq Nişanı" geri alınır.

820821
"Oxford Azadlıq Nişanı" Aung San Çiinin əlindən alınır

İngiltərinin Oxford Bələdiyyə Məclisi Myanma xarici işlər naziri və dövlət müşaviri Aung San Çiiyə verdiyi "Oxford Azadlıq Nişanı"nı geri alır.

Bu barədə Oxford Bələdiyyə Məclisi qərar qəbul etdi.

Bələdiyyə Məclisinin üzvləri Suu Çiiyə 1997-ci ildə verilən nişanın myanmalı siyasətçinin Arakanda müsəlmanlara qarşı soyqırıma səssiz qalmasına görə geri alınması qərarını yekdilliklə dəstəklədilər.

Tövsiyə xarakterli qərarın Məclisin noyabrın 27-də keçirilən iclasında təsdiq ediləcəyi və nişanın rəsmən geri alınacağı bildirilir.

Aung San Suu Çii 1997-ci ildə layiq görüldüyü "Oksford Azadlıq Nişanı"nı 2012-ci ildə alıb.

Onun 1964-1967-ci illərdə tələbəsi olduğu Oxford Universitetində asılmış portreti də universitetdən götürüldü.



Әlaqәli Xәbәrlәr