Qaçqınlara təpik atan macarıstanlı qadın operatora 3 il həbs cəzası

Macarıstan-Serbiya sərhədində polisdən qaçmağa çalışan qaçqınlara təpik atan qadın operator Petra Laszloya verilən 3 il həbs cəzası təsdiq edildi.

819072

Szeged Bölgə Məhkəməsində baxılan məhkəmə işində suriyalı qaçqını müdafiə edən Helsinki Komissiyayısnın vəkili Laszlonun  zorakılıq və cinayətə təşəbbüs maddəsi üzrə təqsirləndiriliməsini tələb etdi.

Laszlonun vəkili isə daha əvvəl verilən qərarın ləğvini tələb etdi.

Hakim Andras Szabo müttəhim Laszlo barəsində 3 il həbs qətimkan tədbirinin seçildiyini bildirdi.

Xatırladaq ki, 2015-ci il sentyabrında Macarıstan-Serbiya sərhədindəki Röszke qəsəbəsində vəzifəsinin başında olan qadın operator Petra Laszlonun polislə qaçqınlar arasında çıxan qarşıdurmadan sonra qaçmağa çalışan kiçik qaçqın qıza təpik atması və qucağındakı uşağı ilə qaçmaq istəyən ataya badalaq vurması böyük reaksiyalara səbəb olmuşdu.

Hadisədən dərhal sonra operator işdən qovulmuş, barəsində cinayət işi açılmışdı.

Әlaqәli Xәbәrlәr