İranın Xarici İşlər naziri ABŞ prezidenti Donald Trumpa çağırış etdi

İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trumpa nüvə sazişə əməl edilməsi üçün çağırış etdi.

818956
İranın Xarici İşlər naziri  ABŞ prezidenti Donald Trumpa çağırış etdi

İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trumpa nüvə sazişə əməl edilməsi üçün çağırış edib.

Oman rəsmi xəbər agentliyi ONA-nın xəbərinə görə, adı çəkilən ölkədə səfərdə olan Zərif nüvə sazişlə əlaqəli suallara cavas verib.

İranlı nazir Omanın imzalanan son nüvə sazişdə ciddi rol götürdüyünü dilə gətirib.

ABŞ rəhbərliyinin sazişlə bağlı mövqeyinə də toxunan Zərif: "Mövcud ABŞ rəhbərliyi ilə 5+1 ölkələrinin Xarici İşlər Nazirləri Qrupundan başqa görüş kanalı yoxdur. ABŞ rəhbərliyinin nüvə sazişə əməl etməsini təmənni edirik" deyib.

Qeyd edək ki, Donald Trump rəhbərliyi 2015-ci ildə İran ilə ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya arasında qəbul edilən nüvə sazişin yenidən müzakirəyə çıxarılmasını istəyir.



Әlaqәli Xәbәrlәr