Fransada yanğında 4 Türk həlak oldu

Fransanın şərqində, Bourtzwiller bölgəsinin Mulhouse şəhərində Türklərin sıx yaşadığı binada baş verən yanğında 4-ü Türk olmaqla, 5 nəfər həlak oldu.

818847
Fransada yanğında 4 Türk həlak oldu

Fransanın şərqində, Bourtzwiller bölgəsinin Mulhouse şəhərində Türklərin sıx yaşadığı binada baş verən yanğında 4-ü Türk olmaqla, 5 nəfər həlak oldu.

Ölənlərdən 4-ü uşaqdır.

Yanğında 8 nəfərin də yaralandığı, onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə gələn yanğınsöndürənlər binada olan 20-dən çox insanı xilas ediblər.

Türkiyənin Fransadakı baş konsulu Özgür Çinar yanğın hadisəsi ilə əlaqədar bir şəxsin nəzarətə alındığını, lakin bu faktın hələ təsdiq edilmədiyini söylədi.

Digər tərəfdən, Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu yanğınla əlaqədar böhran masasının yaradıldığını, Xaricdə yaşayan Türklər və Əqraba İcmaları Departamentinin əməkdaşının məsələni təqib etmək üçün Fransaya getdiyini bildirdi.

Çavuşoğlu yanğında həlak olanlara Allahdan rəhmət dilədi, yaxınlarına başsağlığı verdi.

Yangının səbəbi hələ bilinmir.

Mulhouse şəhəri Fransanın İsveçrə və Almaniya ilə sərhədlərinin kəsişmə nöqtəsində yerləşir.

Şəhərdə 2014-cü ildə olan yanğında da bir Türk ailəsinin 3 üzvü həlak olmuşdu.

 



Әlaqәli Xәbәrlәr