BMT İspaniyanı zorakılıq hadisələri ilə bağlı müstəqil, əhatəli və bitərəf istintaq aparmağa çağırdı

Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə komissarı Zeyd Raad əl Hüseyn Kataloniyada keçirilən müstəqillik referendumu zamanı yaranan zorakılıq hadisələrinə görə narahatlığını ifadə etdi.

818839
BMT İspaniyanı zorakılıq hadisələri ilə bağlı müstəqil, əhatəli və bitərəf istintaq aparmağa çağırdı

Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə komissarı Zeyd Raad əl Hüseyn İspaniyanın şərqində yerləşən Kataloniya Muxtar Rəhbərliyi tərfindən qeyri-qanuni elan edilməsinə baxnmayaraq keçirilən müstəqillik referendumu zamanı yaranan zorakılıq hadisələrinə görə narahat olduğunu bildirdi.

Hüseyn hadisələrdə yüzlərlə insanın yaralandığını qeyd edərək, İspaniya orqanlarına zorakılıq hadisələri ilə əlaqədar müstəqil, əhatəli və bitərəf istintaqın aparılması barədə çağırış etdi.

BMT komissarı:"Mövcud vəziyyətin demokratik azadlıqlara hörmət və siyasi dialoq yolu ilə həll ediləcəyinə inanıram" dedi.

Hüseyn İspaniya orqanlarını ölkəyə gələcək BMT ekspertlərini geçiktirmədən qəbul etməyə çağırdı.

Qeyd edək ki, referenduma İspaniya təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 844 nəfər yaralanıb, 3 nəfər nəzarətə alınıb.

 

 

 



Әlaqәli Xәbәrlәr