Berlində II Dünya Müharibəsindən qalma bomba tapıldı

Bombanın zərərsizləşdirilməsi üçün 10 min insan bölgədən təxliyyə ediləcək.

818950
Berlində  II Dünya Müharibəsindən qalma bomba tapıldı

Almaniyanın paytaxtı Berlində köhnə qatar stansiyasında aprılan inşaat işləri zamanı II Dünya Müharibəsindən qalma 250 kiloqram bomba tapıldı.

Berlin polisinin verdiyi məlumatda bombanın zərərsizləşdirilməsi üçün 10 min insanın bölgədən təxliyyə ediləcəyi bildirildi.

Küçə və prospektlərin nəqliyyata bağlanmasının və insanların təxliyyəsinə başlanıldığı ifadə edilən məlumatda təxliyyə olunanların Tempelhof-Schöneberg rayonunun bələdiyyə binasında qalacaqları qeyd edildi.

Almaniyada  keçən ayın əvvəlində də Frankfurt şəhərində II Dünya Müharibəsindən qalma bomba tappıldıqdan sonra 60 mindən çox insan təxliyyə edilmişdi.

 



Әlaqәli Xәbәrlәr