ABŞ rəsmiləri Rusiyanın konsulluq binasının qapısını sındıraraq zorla içəri girdi

Rusiya amerikalı rəsmilərin San-Fransiskodakı Rusiya Baş Konsulluq binasının qapısını sındıraraq içəri girdiklərini və axtarış apardıqlarını deyib.

819029
ABŞ rəsmiləri Rusiyanın konsulluq binasının qapısını sındıraraq zorla içəri girdi

  Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir:

  “Amerikalı rəsmilər Konsulluq binasına özbaşına girmiş və içəridə ətraflı axtarış aparmışlar. Bütün cəhdlərimizə baxmayaraq, ABŞ rəsmiləri bizi dinləmir və qanunsuz əməllərindən əl çəkmirlər. Son hərəkətlə ABŞ oktyabrın 2-də San-Fransiskodakı Rusiya Baş Konsulluq binasına əl qoymuş sayılır. Dekabr ayından etibarən Amerika Birləşmiş Ştatları Rusiyaya məxsus 5 diplomatik obyektə qarşı bu cür hərəkət edib. İndi də Konsulluğun qapılarını sındıraraq binamızda başdan ayağa qədər axtarış apardılar…

  ABŞ Rusiyanı düşmən kimi görür. Moskva rəhbərliyi də onlara qarşı eyni mövqe göstərəcək, cəzalandırıcı haqqını istifadə edəcək.”



Әlaqәli Xәbәrlәr