ABŞ-Şimali Koreya gərginliyi şiddətlənir

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump dövlət katibi Rex Tillersonun Şimali Koreya ilə danışıqlar aparmaqla bağlı təşəbbüsünü vaxt itkisi olaraq səciyyələndirdi.

817951
ABŞ-Şimali Koreya gərginliyi şiddətlənir

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillerson Çinə səfəri zamanı Şimali Koreya ilə ünsiyyətə açıq olduqlarını bildirdikdən sonra prezident Donald Trumpdan maraqlı bir açıqlama gəldi.

Trump Rex Tillersonun Şimali Koreya lideri  Kim Jong-un ilə danışıqlar aparmaq barəsindəki təşəbbüsünü vaxt itkisi olaraq səciyyələndirdi.

ABŞ prezidenti Twitter vasitəsilə verdiyi ismarıcda Tillersona:" Enerjini boş yerə sərf etmə, Rex, lazım olanı edəcəyik" yazdı. 

Qeyd edək ki, dünən Rex Tillerson Koreya yarımadasında gərginliyin azaldılması ilə bağlı çağırış etmiş, Şimali Koreyanın raket sınaqlarını dayandırmasının zəruri olduğunu söyləmişdi.

Digər tərəfdən, Şimali Koreyadan gərginliyi artıran ifadələr gəlməkdə davam edir. 

Şimali Koreya Asiya-Sakit Okean Sülh Komitəsinin adı bildirilməyən sözçüsü  ABŞ-ı "alov dənizi"nə çevirməyə hazır olduqları barədə açıqlama verib.

Açıqlamada Trump "psixi tarazlığı pozulmuş" kimi xarakterizə edilib.

 

 

 

 



Әlaqәli Xәbәrlәr