“Sən mənimsən” sözlərinin arxasında qadına məsuliyyət deyil, bir mülkə sahibolma düşüncəsi var…

İtaliyanın ən böyük fəhlə həmkarlar ittifaqı olan Ümumi İş Konfederasiyası (CGIL) paytaxt Roma və bir çox şəhərdə qadınlara qarşı zorakılığa etiraza qalxıb.

817695
“Sən mənimsən” sözlərinin arxasında qadına məsuliyyət deyil, bir mülkə sahibolma düşüncəsi var…

 "Azadlığımızı geri alırıq" şüarı çağırışı ilə qadın haqları müdafiəçiləri paytaxt və digər şəhərlərdə meydanlara düşüb.

  Paytaxtın əsas meydanlarından olan Venesiya Meydanında mitinqə yüzlərlə qadın son vaxtlar tez-tez qadınlara qarşı törədilən cinayətlərə qarşı etirazını bildirib. Qadınlarla həmrəy olduqlarını göstərmək üçün mitinqdə çox sayda kişi də iştirak edib.  

  Romadakı aksiyada iştirak edən Ümumi İş Konfederasiyasının sədri Susanna Kamusso çıxışında deyib:

  “Qadına zorakılığın arxasında hamı məsuliyyət daşıyır. Hər zaman "qadının azad insan olmadığı" fikri və bir çoxunun "görmək istədiyi obyekt" yanaşması var. Kişi qadına məsumca “Sən mənimsən” deyir, amma bunun üzərində düşünülməlidir. Çünki bu sözlərin arxasında qadına məsuliyyət deyil, bir mülkə sahibolma düşüncəsi var…

  Qadın cinayətlərinin arxasında çox zaman hər hansı xəstəlik və ya dəlilik deyil, əksinə, düşüncələrə hopmuş davranış tərzi durur.

  İtaliya Nümayəndələr Palatasının sədri Laura Boldrini də həmkarlar ittifaqlarının qadınlara qarşı zorakılığa etiraz təşəbbüsünü böyük təqdirlə qarşıladığını bildirib, “Qanunları qadınları daha təsirli şəkildə qoruyacaq zərurətə çevirməliyik” deyib.

  Qeyd edək ki, İtaliya Milli Statistik Təşkilatının məlumatına görə, ötən il ölkədə 120 qadın cinayətə qurban gedib.



Әlaqәli Xәbәrlәr