ABŞ 21 diplomatını Kubadan geri çağırdı

Digər tərəfdən, ABŞ Dövlət Departamenti vətəndaşlarına xəbərdarlıq üçün yazılı bəyanat yaydı.

817505
ABŞ 21 diplomatını Kubadan geri çağırdı

   Amerika Birləşmiş Ştatları bilinməyən sağlamlıq problemləri üzündən Kubanın paytaxtı Havanadakı 21 diplomatını geri çağırdı.
  ABŞ Dövlət Departamentinin məlumatına görə, Havanada səfirlikdə çalışan 21 diplomat və ailə üzvləri eşitmə, başgicəllənmə və ürəkbulma kimi səhhət problemlərilə üzləşib. "Diplomatlara xüsusi hücumlar" adı ilə Kuba səfirliyində çalışan işçiləri və ailələrini geri çağırılıb.
  Digər tərəfdən, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına xəbərdarlıq üçün yazılı bəyanat yayımlayaraq bildirib: "ABŞ vətəndaşları təhlükə altında ola bilər, biz onlara Kubaya getməmələri üçün xəbərdarlıq edirik."



Әlaqәli Xәbәrlәr