ABŞ-ın Liviyada DEAŞ-a istiqamətli hava hücumu

ABŞ-ın Afrika Komandirliyi (AFRİCOM) Liviyanın Sirt şəhərinin 160 km cənub-şərqində terror təşkilatı DEAŞ-a məxsus hədəflərə hava hücumu təşkil etdiyini və çoxlu sayda silahlının öldürüldüyünü bildirdi.

816495

AFRİCOM-un yaydığı bəyanatda  hücumun sentyabrın 26-da yerli vaxtla saat 14.50-da edildiyi, ancaq öldürülən DEAŞ silahlıları ilə əlaqəli dəqiq rəqəm verilməyib.

Bəyanatda həmçinin hava hücumunun Liviyanın Sirt şəhərinin 160 km cənub-şərqində həyata keçirildiyi barədə məlumat çatdırılıb.

ABŞ keçən həftə də eyni bölgədə DEAŞ-ın düşərgələrindən birinə hücum təşkil etdiyini və 17 silahlının öldürüldüyünü bəyan etmişdi.

Әlaqәli Xәbәrlәr