Penteqondan etiraf

ABŞ-ın Müdafiə Departamenti (Pentaqon) Əfqanıstanda terror hücumlarının qarşısını almaq üçün həyata keçirilən avia hücumlarda dinç sakinlərin səhvən vurulduğunu etiraf edib.

815795
Penteqondan etiraf

ABŞ və onun müttəfiqlərinin Əfqanıstandakı "Stabil Dəstək" əməliyyat mərkəzindən verilən açıqlamada avia hücumlardan dinç sakinlərin zərər çəkdikləri qeyd edilib. Kabil hava limanı yaxınında terroristlərin hədəf götürüldüyü hücumlar zamanı dinç sakinlərin səhvən vurulduğu irəli sürülüb.

Açıqlamada bildirilib ki, "Əfqan təhlükəsizlik qüvvələrinə dəstək verən ABŞ-ın terroristlərə qarşı başlatdıqları əməliyyat zamanı dinç sakinlərin zərər çəkməsi bizi dərindin narahat etmişdir. Hadisə ilə əlaqəli istindaq davam edir.

Əfqan mətbuatının yaydığı məlumata görə, ABŞ hava hücumunda bir nəfər həyatını itirib, dörd nəfər də yaralanıb.

 



Әlaqәli Xәbәrlәr