Çində yağış leysana, leysan selə çevrildi

Bölgədə maddi itki 540 milyonu yueni (təxminən 81 milyon ABŞ dolları) keçib.

816349
Çində yağış leysana, leysan selə çevrildi

  Çində leysanın selə çevrilməsi nəticəsində 5 nəfər həyatını itirdi.

  Şinhua agentliyinin verdiyi xəbərə görə, ölkənin şimal-qərbindəki Şaanşi əyalətinin Ankanq şəhərində sentyabrın 26-dan başlayan şiddətli yağış selə səbəb olub. Şəhərdə 2 mindən çox ev və 12 min hektar kənd təsərrüfatı sahəsinə ziyan verən leysanla əlaqədar 27 min adam təhlükəsiz yerlərə köçürülüb.

  Bölgədə maddi itki 540 milyonu yueni (təxminən 81 milyon ABŞ dolları) keçib.

 Şaanşi Əyalət Meteoroloji bürosu kənddə torpaq sürüşməsi və selə qarşı tədbirlər görülməsiylə bağlı xalqa xəbərdarlıqlar edib.

 



Әlaqәli Xәbәrlәr