Şengenin təxirə salınma müddəti 2 ildən 3 ilə çıxarılıcaq
Avropa İttifaqı şengenin (schengen) təxirə salınma müddətinin 2 ildən 3 ilə çıxarılmasını təklif edir.

Aİ Şurasından verilən yazılı məlumata görə, komissiya Avropa ölkələrinin daxili təhlükəsizliyi və dövlət siyasətlərini qorumaq üçün 26 üzv ölkə arasında sərbəst hərəkətetmə imkanı təklif edən şengen sisteminin təxirə salınma müddətinin uzadılmasını istəyib. Təklifin həyata keçməsi üçün Avropa Parlamenti (AP) və Aİ Şurasında təsdiq olunması lazımdır.
Xatırladaq ki, şengen sistemi 2006-2015-ci illərdə də müxtəlif səbəblərdən 36 dəfə təxirə salınmışdı.
Bu gün Avstriya - Macarıstan və Sloveniya sərhədində, Almaniya -Avstriya sərhədində, Danimarka - Almaniya bərə xətti limanları ilə Almaniyanın quru sərhədində, İsveçin cənubi və qərbi polis bölgəsi ilə Danimarka ilə arasındakı Öresund körpüsündə, Norveç - Danimarka, Almaniya və İsveç bərə xətti olan limanlarında keçid üçün yoxlamalar həyata keçirilir.
Әlaqәli Xәbәrlәr
İsveç NATO-ya üzvlük üçün ərizə yazıb
İsveç-in xarici işlər naziri Ann Linde NATO-ya üzvlük üçün ərizə yazıb.