Fələstin İnterpolun üzvü oldu

Beynəlxalq Polis Təşkilatı – İnterpol Fələstinin üzvlük tələbini qəbul edib.

815173
Fələstin İnterpolun üzvü oldu

   İnterpol 27 sentyabrda "Twitter" hesabından etdiyi açıqlamada Çinin paytaxtı Pekində keçirilən Baş Assambleya toplantısında Fələstinin və Solomon adalarının üzvlük tələbinin səsverməyə çıxarıldığını və "Fələstin dövləti və Solomon adaları artıq İnterpolun üzvləridir" deyə məlumat paylaşıb.  

  Fələstinin üzvlüyünə qarşı çıxan İsrail Xarici İşlər Nazirliyi səsvermənin ən azı 1 il təxirə salınmasını istəyirdi.



Әlaqәli Xәbәrlәr