ABŞ Şimali Koreyaya qarşı sanksiyaları artırıb

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanın 8 bankı və onları xarici ölkələrdə təmsil edən 26 Şimali Koreya  vətəndaşına qarşı sanksiyalar tətbiq etdi.

814781
ABŞ Şimali Koreyaya qarşı sanksiyaları artırıb

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanın 8 bankı və onları xarici ölkələrdə təmsil edən 26 Şimali Koreya  vətəndaşına qarşı sanksiyalar tətbiq etdi.

Nazirliyin məlumatına əsasən, sanksiyalar Şimali Koreyanın  raket və nüvə proqramlarını reallaşdırması ilə bağlı tətbiq edildi. 

Maliyyә Nazirliyi  sözügedən bankların  Şimali Koreyanın nüvə proqramına dәstәk vermәk üçün istifadə edildiyini bildirdi.

Maliyyә naziri Stiven Mnuçin:"Biz Şimali Koreya banklarını və dünyada Şimali Koreya banklarının nümayəndələri kimi hərəkət edən maliyyə dәstәkçilәrini hədəf alırıq’’ dedi.

Qeyd edәk ki,  BMT  Təhlükəsizlik Şurası  keçən həftə Pxenyan  rəhbərliyinə bir sıra sanksiya tətbiq olunmasını nəzərdə tutan layihә qətnaməsini səs birliyi ilə qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr