ABŞ İraqın ərazi bütövlüyünün tərəfdarıdır

Bunu ABŞ dövlət departamnetinin sözçüsü Hearther Nauert ölkəsinin İraq Kürd Rügional Rəhbərliyinin referendum qərarına münasibəti ilə bağlı verdiyi açıqlamasında bildirdi.

814058
ABŞ İraqın ərazi bütövlüyünün tərəfdarıdır

ABŞ dövlət departamnetinin sözçüsü Hearther Nauert ölkəsinin İraq Kürd Rügional Rəhbərliyinin referendum qərarına münasibəti ilə bağlı açıqlama verdi.

Hearther Nauert açıqlamada bu referendumun ABŞ-ın İraqın Kürd regionundakı xalqla tarixi əlaqələrinə təsir etməyəcəyini, lakin atılan bu addımın bölgədəki qeyri- sabitliyi və çətin vəziyyəti artıracağını, referendumun İraq Kürd Regional Rəhbərliyinin İraq hakimiyyəti və qonşuları ilə münasibətlərinə təsir edəcəyini ifadə etdi. 

Dövlət departamnetinin sözçüsü ABŞ-ın birləşmiş, federal, demokratik və firavan bir İraqı dəstəklədiyini və konstitusiyalarında edəcəkləri tənzimləmələrlə əlaqədar iraqlılara yardım etmək imkanlarını dətyərləndirəcəyini qeyd etdi.

Ağ Evin sözçüsü Sarah Sanders də İraq Kürd Regional Rəhbərliyi tərəfindən dünən keçirilən müstəqillik refendumuna dair açıqlama verərək: "Terror təşkilatı DEAŞ-ı məhv etmək və İranı uzaqlaşdırmaq üçün birləşmiş bir İraqın olmasına ümid edirik"

 

 



Әlaqәli Xәbәrlәr