ABŞ Şimali Koreyaya öz gücünü göstərməyə qalxdı

ABŞ Hava Qüvvələrinin “B-1B Lancer” bombardman təyyarələri və onları müşayət edən təyyarələr Şimali Koreya sərhədinin yaxınlığındakı bölgəyə uçub.

812796
ABŞ Şimali Koreyaya öz gücünü göstərməyə qalxdı

   ABŞ Müdafiə Nazirliyi – Pentaqondan verilən məlumata görə, bu uçuşların məqsədi Şimali Koreyaya Vaşinqtonun hərbi variantları olduğunu göstərmək, təhdidə qarşı özünü qorumaq və müttəfiqlərini müdafiə etməyə davam etməkdir.

  Bu arada, Şimali Koreyada 3,4 bal gücündə zəlzələ meydana gəlib. Çin bunu yeni bir hidrogen bombası testilə əlaqələndirib. Cənubi Koreya səlahiyyətliləri isə bunun sadəcə zəlzələ olduğunu söyləyib.

  Qeyd edək ki, Şimali Koreya sentyabr ayının ilk günlərində hidrogen bombasını sınaqdan keçirərkən bu nüvə sınağı 5,4 bal gücündə torpaq sarsıntısına səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr