Bolqarıstan mühacirlərin "əl-qolunu bağladı"

Bolqarıstan hökuməti ölkəyə qeyri-qanuni yollarla daxil olan və sığınacaq tələblərinə cavab gözləyən qaçqınların istədiyi kimi gəzmə-qalma haqqlarını məhdudlaşdırdı.

812083
Bolqarıstan mühacirlərin "əl-qolunu bağladı"

  Nazirlər Kabinetinin iclasında verilən qərara görə, miqrantlar yalnız qaldıqları qaçqın şəhərciyinin olduğu şəhər və qəsəbə daxilində hərəkət edə biləcək. Sözügedən qərardan, paytaxt Sofiyada və Türkiyə sərhədinə yaxın Harmanlı, Pıstroqor və Slivenə yaxın Banyada Dövlət Qaçqınlar Agentliyi (DAB) nəzarətindəki düşərgələrdə qalanlara bu barədə ətraflı məlumat verilib. Harmanlı və Pıstroqordakı əcnəbilərin Türkiyə və Yunanıstana yaxın sərhəd zonalarına daxil olmaları qəti qadağan olunub, onlara yalnız müəyyən edilmiş sərhədlər içində gəzmə hüququ verilib. Sofiya və Banyadakı köçkünlərin isə şəhər çərçivəsindən kənara çıxmaları yasaqlanıb. Miqrantların qayda pozuntusu edərsə, qapalı düşərgələrə aparılacaq.



Әlaqәli Xәbәrlәr