Tramp: “İran ilə əlaqəli son sözümü hələ deməmişəm”

Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump, İran və P5 + 1 (ABŞ, Fransa, İngiltərə, Çin, Rusiya və Almaniya)-nın 2015-ci ildə imzaladığı razılaşma ilə bağlı qərarını qəbul etdiyi bildirib.

811171
Tramp: “İran ilə əlaqəli son sözümü hələ deməmişəm”

ABŞ prezidenti Donald Trump BMT Baş Məclisi üçün Nyu Yorkda olan Fələstin dövlət başçısı Mahmud Abbas və İordaniya kralı Abdullahla görüşüb. 

Görüşdən sonrası jurnalistlərin suallarını cavablandıran Tramp Orta Şərq ilə əlaqədar bəzi fikirlər bölüşüb.

Prezident Tramp, İranla nüvə razılaşmanın təxirə salınıb salınmayacağı barədə suala "Qərarımı vermişəm, yaxın vaxtlarda bunun nə olduğunu öyrənəcəksiniz" cavabını verib. Ancaq Tramp İranla nüvə razılaşmanın aqibətiylə əlaqədar ətraflı danışmaqdan yayınıb.

Xatırladaq ki, BMT Baş Məclisində ilk dəfə çıxış edən Donald Tramp İranla əldə olunan nüvə razılaşması üçün "İranla nüvə razılaşma ABŞ üçün utanc mənbəyidir. Bu mövzuda hələ son sözümüzü eşitməmisiniz", - deyə bildirmişdi.

Digər tərəfdən ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Nikki Haley verdiyi açıqlamada : “Trumpın BMT Baş Məclisində etdiyi çıxışında səsləndirdiyi sözlər, İran ilə əldə edilən razılaşmadan çəkiləcəyi mənasını vermir. Amma razılaşmada məmnuniyyət duymadığını bilirəm”.

 



Әlaqәli Xәbәrlәr