Misirə hərbi yardımların dondurulması məsələsinə yenidən baxılacaq

Bunu ABŞ prezidenti Donald Trump New Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə bildirdi.

811034
Misirə hərbi yardımların dondurulması məsələsinə yenidən baxılacaq

ABŞ prezidenti Donald Trump Misirə olan hərbi yardımların dondurulması məsələsini yenidən müzakirə edəcəklərini bildirdi.

Misir mətbuatında yayılan xəbərə görə, Trump New Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

ABŞ prezidenti görüşdə iki ölkə arasında güçlü əlaqələr olduğunu vurğulayıb. Sisi də öz növbəsində, ABŞ-ın Misirə etdiyi yardlmlara görə təşəkkür edib.

Trump ölkəsinin Misirə yardımlarını dondurma planı ilə əlaqədar:”Şübhəsiz ki, bu məsələni yenidən gözdən keçirəcəyik” deyib.

“Reuters”in avqustun 22-də Ağ Evə istinadən yaydığı xəbərdə  insan haqları və demokratiya sahəsində irəliləyişin olmaması səbəbindən ABŞ-ın Misirə olan yardımların 95,7 milyon dollarını ödəməməyi, 195 milyon dollarını da təxirə salmağı nəzərdə tutduğu bildirilirdi.

ABŞ Misir ilə İsrail arasında  1979-cu ildə bağlanan Camp David Sülh müqaviləsi əsasında Misirə hər il 1.5 milyard dollar məbləğində yardım edir. Bunun 1.3 milyard dollarını hərbi yardımlar təşkil edir.



Әlaqәli Xәbәrlәr