Arakanlı müsəlmanlar Türkiyənin yardım təşkilatlarının göstərdiyi köməkliklərə minnətdardır

Arakanlı müsəlman Məhəmməd Nur “Düşərgələrdə hər zaman Türkləri görürük. Buraya gəldiyimiz gündən bəridir bizə davamlı yemək və digər başqa şəylər gətirirlər.” deyib.

810855
Arakanlı müsəlmanlar Türkiyənin yardım təşkilatlarının göstərdiyi köməkliklərə minnətdardır
ihh arakan yardim.jpg
IHH---Arakan.JPEG
arakan yardim.jpg

Banqaldeşdəki düşərgələrdə olan Arakanlı müsəlmanlar Türkiyənin Qızıl Aypara Cəmiyyəti, Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD), İnsan Haq və Azadlıqları (İHH) Humanitar Yardım Vəqfi, Sadaka Daşı kimi Türk yardım təşkilatlarının bölgədəki  yardım fəaliyyətlərinə minnətdardır.

 Arakanlı müsəlman Məhəmməd Nur “Düşərgələrdə hər zaman Türkləri görürük. Buraya gəldiyimiz gündən bəridir bizə davamlı yemək və digər başqa şəylər gətirirlər.” deyib.

Kutupalong düşərgəsində olan 46 yaşındakı Məryəm Adhikari də yardım almaq üçün səy göstərmək məcburiyyətində qalmadığını, çünki Türkiyənin yardım təşkilatlarının çox sistemli şəkildə fəaliyyətlərini davam etdirdiyini dilə gətirib.

İnsan Haq və Azadlıqları (İHH) Humanitar Yardım Vəqfinin bölgə üzrə səlahiyyətlisi Mustafa Dəmir “Bu insanlar bizi və humanitar yardım dəstələrini gördükləri zaman çox xoşbəxt olurlar. Çünki burada elə çox yardım təşkilatı yoxdur.”deyib.

Myanma ordusunun silahlılarla mübarizəyə görə Arakan əyalətində davam edən hücumlarında avqustun 25-dən bəridir çoxlu sayda Arakanlı müsəlman dinc vətəndaş həyatını itirdi. On minlərlə Arakanlı müsəlman əmin-amanlığı olmadığına görə bölgədən çıxmağa cəhd göstərir. Myanmadan qaçan mülki şəxslər dağlıq bölgələr, Naf çayı yaxud da dəniz üzərindən Banqladeşə keçir. Banqladeşə 25 avqustdan bəridir 421 mindən artıq Arakanlı müsəlman çatıb. UNİCEF Myanmadan Banqladeşə sığınanlar arasında 250 mindən artıq uşaq olduğunu elan etmişdir.



Әlaqәli Xәbәrlәr