14 yaşlı qız 14 min avro tapdı və ...

Berlində mindiyi metroda bir çanta tapan iraqlı qaçqın lisey tələbəsi onu evə apardı. Anası ilə birgə açdıqları çantadan 14 min avro çıxdı...

810761
14 yaşlı qız 14 min avro tapdı və ...

  Almaniyanın paytaxtı Berlində iraqlı 14 yaşlı qaçqın qız tapdığı 14 min avronu sahibinə çatdırdı.

  Berlində mindiyi metroda bir çanta tapan iraqlı qaçqın lisey tələbəsi onu evə apardı. Anası ilə birgə açdıqları çantadan 14 min avro çıxdı. Pula toxunmayan ana və qız çantanı polis məntəqəsinə təslim edib. Polis bölməsi əməkdaşları bunu içi pul dolu çantasını itirdiyini polisə bildirən 78 yaşlı qadına xəbər verdi. Yaşlı qadın da gedib pulunu polisdən təhvil alıb.

  Berlin polisi baş verənləri sosial media hesabından paylaşaraq yazıb: "Çantanın sahibi çox xoşbəxtdir və biz də tapana təşəkkür edirik".

  Almaniyadakı qanunlara görə pulunu itirənlər miqdarının 3 faizini onu tapana ödəməlidir. Əgər pul dövlətə aid nəqliyyat vasitələrində itibsə, mükafat yarıbayarı olur.



Әlaqәli Xәbәrlәr