Yəmənli qaçqınların sayı 2 ml çatıb
Yəməndə döyüş səbəbiylə evlərini tərk edən insanların sayı 2 milyona çatıb. Bu məlumatı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına görə ölkə daxilində ev eşiyini tərk edənlərin sayı 1 milyon 980 min 510 nəfərdir. Bunlardan 84% faizi bir ildən çox müddətdir ki, evlərini tərk ediblər. 946 min 44 qaçqın isə evlərinə qayıdıb. Həmçinin ölkədə çoxu Somali və Efiopiyalı olmaqla 623 min 280 qaçqın və sığınma tələb edən var.
Hesabatda vurğulanıb ki, Yəməndəki qarşıdurmalar xeyli sayda qaçqın və ölkə daxilində köç edən dinç sakinlərin həyatını itirmələrinə səbəb olub. Qaçqınların zəruri ehtiyaclarının təmini üçün 114,6 milyon dollara ehtiyac olduğuna və indiyə dək bunun 47%-nin toplandığına diqqət çikilib.
Әlaqәli Xәbәrlәr

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.