Rusiyada prezident seçkilərinin tarixi məlum oldu

Rusiyada prezident seçkilərinin 18 mart 2018-ci il tarixində keçiriləcəyi bildirildi.

809477
Rusiyada prezident seçkilərinin tarixi məlum oldu

 Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Maya Qrişina:" Prezident seçkiləri rəsmi olaraq martın 18-də keçiriləcək" dedi.

Rusiya qanunlarına görə, prezident seçkiləri səs vermə günündən 90-100 gün əvvəl Federasiya Şurası tərəfindən müəyyən olunur.

Qanunvericiliyə əsasən yeni seçiləcək prezident 6 il bu vəzifədə olacaq.

Hazırkı prezident Vladimir Putinin namizədliyini irəli sürmək hüququ var, lakin o, hələlik qərarını elan etməyib.

 

 

 



Әlaqәli Xәbәrlәr