ABŞ, İsraildə hərbi baza açıb

İsrailin cənubunda yerləşən Nəcəf səhrasında ABŞ-ın ilk daimi hərbi bazası açılıb. Orada Amerika əsgərləri və zabitləri xidmət edəcək.

809573
ABŞ, İsraildə hərbi baza açıb

İsrail Kanal 2 telekanalının xəbərinə görə İsrailin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Svika Haymoviç hərbi bazanın açılış mərasimində etdiyi çıxışında: "Biz İsrail dövləti və İsrail ordusunun tarixində ilk dəfə ABŞ-ın üzərində Amerika bayrağı dalğalanan daimi hərbi bazasını yaratdıq".

Məlumata görə, Amerika bazası İsrailin hava hücumundan müdafiə hissələrindən birinin ixtiyarına verilib. 

 



Әlaqәli Xәbәrlәr