Tillerson və Lavrov Suriya məsələsini müzakirə etdilər

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assamnbleyasının sessiyasında iştirak etmək üçün gəldikləri New Yorkda görüşdülər

Tillerson və Lavrov Suriya məsələsini müzakirə etdilər

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assamnbleyasının 72-ci sessiyasında iştirak etmək üçün gəldikləri New Yorkda görüşdülər.

Görüşdə Suriya məsələsi müzakirə olundu.

ABŞ Dövlət Departamentinin sözcüsü Heather Nauert Tillerson-Lavrov görüşü ilə əlaqədar yazılı məlumat verdi.

Məlumatda:”Dövlət katibi və nazir Suriyadakı hərbi əməliyyatlarda iki ölkə arasındakı münaqışəsizlik vəziyyəti, zorakılığın azaldılması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında Cenevrə danışıqlarının irəliləməsi üçün vacib olan şərtlərin yaradılması məsələləri ətrafənda fikir mübadiləsi apardılar” deyilir.

BMT Baş Assambleyasının sessiyayında iştirak etmək üçün New Yorkda toplaşan ölkə liderlərinin Suriya və Orta Şərq mövzularını geniş şəkildə müzakirə etmələri gözlənilir.

Sessiyada Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edir.



Әlaqәli Xәbәrlәr