ABŞ Şimali Koreyanı hərbi müdaxilə ilə hədələdi

Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Nikki Haley BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını nəzarətə alacağı ilə bağlı seçiminin qalmadığını və ABŞ-ın  məsləni Pentaqona təhvil verəcəyini bildirdi.

808858
ABŞ Şimali Koreyanı hərbi müdaxilə ilə hədələdi

Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Nikki Haley SNN televiziyasına müsahibə verdi.

Haley müsahibəsində:"Şimali Koreya çəkinmədən nüvə proqramına davam edərsə, ABŞ özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq. Hamımız bunun fərqindəyik, ancaq heç birimiz müharibə istəmirik" dedi.
 
 Əllərindəki bütün variantları dəyərləndirdiklərini bildirən Haley  hərbi variantın da masada olduğunu qeyd etdi.
 
 Nümayəndə ABŞ Prezidenti Donald Trumpın "Şimali Koreya ABŞ-ın qəzəb və hiddət ilə qarşılaşacaq" xəbərdarlığına məhəl qoymayan Pxenyanın Goam adasını vurmaqla təhdid etdiyi, hidrogen bombası sınadığı və atdığı iki raketinin Yaponiyanın üzərindən keçdiyini xatırladılatdı və "Trumpın söylədiyi boş hədə idi?" sulalına:" Boş hədə deyildi. Şimali Koreya məsələyə məsuliyyətsiz yanaşdı, biz isə məsuliyyətli davranaraq, bütün diplomatik yolları sınadıq. Təhlükəsizlik Şurasında edə biləcəyimiz hər şeyi etdik. Şimali Koreya problemini məmnuniyyətlə General Mattisə təhvil verə bilərəm, çünki onun bir sıra hərbi həll variantı var. Biz məsuliyyət sahibi olaraq bütün diplomatik yolları sınamaq istədik, əgər bu baş tutmasa, General Mattis lazımi tədbir görəcək"deyə danışdı.

 



Әlaqәli Xәbәrlәr