"NATO siyasətində dəyişiklik yoxdur, şərtlər var", P.Pavel

Albaniyanın paytaxtı Tiranada keçirilən və Türkiyənin Baş Qərargah rəisi general Hulusi Akarın da iştirak etdiyi NATO üzvü olan ölkələrin Baş Qərargah Rəisləri Toplantısı sona çatıb.

808417
"NATO siyasətində dəyişiklik yoxdur, şərtlər var", P.Pavel

  Toplantıdan sonra NATO Hərbi Komitəsinin rəhbəri general Petr Pavel və Albaniya Baş Qərargah rəisi Bardhyl Kollcaku təşkil edilən mətbuat konfransında jurnalistlərə açıqlama veriblər. Qərbi Balkanların inteqrasiyasını dəstəklədiklərini bildirən Petr Pavel deyib: "Qərbi Balkanların və Kosovonun təhlükəsizliyinə dair dərin müzakirələr aparıldı. Baş qərargah rəislərinin NATO - Avropa İttifaqı əməkdaşlığı əhəmiyyətlidir. Kosovo ordusu barədə anlaşılmazlıq yoxdur, amma bu, konstitusiya və lazımi prosedurlara uyğun şəkildə aparılmalıdır. Bölgədəki digər ölkələrin NATO üzvlüyünə gəlincə, NATO açıq qapı siyasəti yürüdür. Bu siyasətdə dəyişiklik yoxdur, şərtlər var".

  Amerika Birləşmiş Ştatları və Şimali Koreya arasındakı gərginliyə də toxunan NATO Hərbi Komitəsinin rəhbəri bu barədə siyasi həllə çalışıldığı söyləyib.

  Albaniya Baş Qərargah rəisi Kollcaku da Albaniyanın Kosovodakı prosesləri yaxından izlədiyini bildirib.

  Kosovo vəzifə gücü missiyasını, NATO alyansının bir uğur hekayəsi kimi səciyyələndirən B.Kollcaku da öz növbəsində Qərbi Balkan regionunda stabilliyi pozmaq və burada "suları bulandırmaq" istəyən pis niyyətli aktyorların oynamasının qarşısını almaq üçün müttəfiqlərin qayğısına ehtiyac duyulduğunu söyləyib.

  Qeyd edək ki, toplantıda İngiltərə Baş Qərargah rəisi Ser Stuart Piç (Peach) 2018-ci ilin yay dövründə vəzifəyə başlayacaq NATO Hərbi Komitəsinin yeni dövri sədri seçilib.



Әlaqәli Xәbәrlәr