Katalonya oktyabrın 1-ində müstəqil olmaq üçün səsverməyə gedir

İspaniya hökuməti, məhkəməsi və prokurorluğunun yekdil qərarlar verməsinə  baxmayaraq Katalonyanın "Junts pel Si" (“Bəli üçün Birlik”) ittifaqı kampaniyaya başlayıb və 1 oktyabrda müstəqillik referendumuna gedəcəyini elan edib.

807991
Katalonya oktyabrın 1-ində müstəqil olmaq üçün səsverməyə gedir

  İspaniyanın şərqindəki Kataloniya Muxtar Bölgəsində müstəqillik tərəfdarı olan yerli hakimiyyətlə İspaniya rəhbərliyi arasında gərginlik artmaqdadır.  

   İspaniya hökuməti, məhkəməsi və prokurorluğunun yekdil qərarlar verməsinə  baxmayaraq Kataloinyanın "Junts pel Si" (“Bəli üçün Birlik”) ittifaqı kampaniyaya başlayıb və 1 oktyabrda müstəqillik referendumuna gedəcəyini elan edib. Kampaniyaya regiondakı qeyri-hökumət təşkilatları da dəstək verib.

  “Salam, Avropa", "Salam, respublika", "Salam, ölkəmiz" yazılı plakatlarla bəzədilmiş salonda edilən çıxışlarda "Bütün dünya totalitar dövlətə qarşı mübarizə apardığımızı görməyə başladı. Daha çox təhdid istəmirik, amma eyni zamanda qorxmuruq. Tarixi dəyişdirəcək gücə malikik və 1 oktyabrda səsverməyə gedəcəyik" ifadələri səslənib.

  Kataloniya Muxtar Bölgəsinin sədri Karls Puiqdemont (Carles Puigdemont) çıxışında deyib: “Bəziləri 1 oktyabrda səsverməyə getməyəcəyimizi hesab edir. 1 oktyabrda nə olacağını düşünürsünüz? Əlbəttə ki, səs verəcəyik. Kataloniyada biz demokratikik”.

  İspaniya hökuməti isə referendum kampaniyasının qeyri-qanuni olduğunu bildirib.

  Prokurorluq Kataloniyadakı bütün rəsmi təhlükəsizlik qüvvələrinə referendumla bağlı hər cür təşəbbüsün əngəllənməsi tapşırığı verməsinə baxmayaraq, yerli və milli polis heç nəyə müdaxilə etmir.

  İspaniya müstəqillik referendumunu dayandırmaq üçün yeni addımlar atmağı təklif edir.

  Barselona Baş Prokurorluğu Kataloniya yerli parlamenti tərəfindən referendumu üçün təyin olunan Seçki Şurasının 5 üzvü haqqında cinayət işi açıb.



Әlaqәli Xәbәrlәr