BMT Təhlükəsizlik Şurası Arakanda zorakılıq hadisələrinə təcili son qoyulması üçün çağırış etdi

BMT Təhlükəsizlik Şurası 9 ildən sonra ilk dəfə Myanma mövzusunda birgə bəyanat yayılmasına dair razılıq əldə edərək, Arakanda zorakılıq hadisələrinə təcili son qoyulmasının vacibliyini bildirdi.

806637

BMT Təhlükəsizlik Şurası Myanmadakı müsəlmanlara istiqamətli şiddət hadisələrini müzakirə etmək üçün mətbuata qapalı yığıncaq keçirdi.

Şuranın sentyabr ayına olan növbəti sədri Efiyopiyanın Təşkilatdakı daimi nümayəndəsi Tekeda Alemu yığıncaqdan sonra açıqlama verib.

Alemu Şuranın Myanmadakı təhlükəsizlik qüvvələrinin mülki şəxslərə qarşı tətbiq etdiyi zorakılıqdan narahat olduğunu və bunu qınadığını bildirib.

Nümayəndə Arakandakı şiddətə təcili son qoyulması, gərginliyin azaldılması və mülki əhalinin qorunması üçün də çağırış edildiyini dilə gətirib.

Tekeda Alemu BMT Təhlükəsizlik Şurasının Banqladeşin arakanlı müsəlmanlara qapılarını açmasını isə məmnunluqla qarşıladığını vurğulayıb və Myanma hökumətini humanitar yardımların çatdırılması barədə BMT və digər yardım təşkilatları ilə əməkdaşlığa çağırdığını bildirib.

Digər tərəfdən BMT baş katibi Antonio Gutteres Myanmada arakanlı müsəlmanlara qarşı şiddətin “qəbul edilməz” olduğunu bildirərək, səlahiyyətlilərə hərbi əməliyyatların dayandırılması, şiddətə son qoyulması və humanitar yardımlara icazə verilməsi üçün çağırış edib.

Әlaqәli Xәbәrlәr