Şotlandiyada kütləvi uşaq məzarı aşkara çıxarıldı

Ortaya çıxarılan kütləvi məzar bir çox sual yaradıb...

805483
Şotlandiyada kütləvi uşaq məzarı aşkara çıxarıldı

  Şotlandiyada “Smyllum” adlı Kimsəsiz Uşaq Evinin yanında 400-dən çox uşağın basdırıldığı kütləvi məzar aşkara çıxarılıb.  

  “Guardian”ın yaydığı xəbərə görə, 1864-1981-ci illər arasında fəaliyyət göstərən Uşaq Evində 11 mindən çox kimsəsiz uşaq var idi. Arxiv sənədlərinə görə, yetimxanadakı uşaqların böyük hissəsi vərəm və sətəlcəm kimi təbii səbəbdən həyatını itirib. Amma ortaya çıxarılan kütləvi məzar bir çox sual yaratdığı üçün polis uşaqlara qarşı pis rəftar haqqında istintaqa başlayıb. Çünki 2004-cü ildə aparılan bir tədqiqata görə yetimxanadakı uşaqlara qarşı çox pis rəftar edilib.



Әlaqәli Xәbәrlәr