Messi Çempionlar Liqasının himnini pianoda ifa edib

Argentinalı hücumçu musiqi sahəsində də bacarığını nümayiş etdirib.

805471
Messi Çempionlar Liqasının himnini pianoda ifa edib

“Barselona”nın superulduzu Lionel Messi təkcə yaşıl meydanlardakı məharəti ilə kifayətlənmir.

Argentinalı hücumçu musiqi sahəsində də bacarığını nümayiş etdirib.

Belə ki, 30 yaşlı futbolçu piano arxasına keçərək, bu gün startı veriləcək Çempionlar Liqasının himnini səsləndirib. Leo almaniyalı bəstəkar Fridrix Hendelin əsərini təbəssümlə çalaraq, bir növ qitənin ən nüfuzlu turnirinin start ərəfəsində olduğuna işarə vurub.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu bu gün “Yuventus”a qarşı keçirəcək.

 

Mənbə: APA



Әlaqәli Xәbәrlәr