Myanmada həyatını itirən müsəlmanların sayı

Myanma ordusunun silahlılarla mübarizəyə görə Arakan əyalətində avqustun 25-dən bəridir davam edən hücumlarında həyatını itirən müsəlmanların sayının ən az 3 min olduğu irəli sürüldü.

804688
Myanmada həyatını itirən müsəlmanların sayı

Myanma ordusunun silahlılarla mübarizəyə görə Arakan əyalətində avqustun 25-dən bəridir davam edən hücumlarında həyatını itirən müsəlmanların sayının ən az 3 min olduğu irəli sürüldü.

Banqladeşin xarici işlər naziri Həsən Mahmud Əli Arakanda davam edən hücumlarda ən az 3 min arakanlı müsəlmanın öldürüldüyünü bildirib.

Nazirin paytaxt şəhərdə xarici ölkə diplomatları ilə bir araya gəldiyi görüşdə arakanlı müsəlmanlara yardım edilməsi üçün göstərilən cəhdlər müzakirə olunub.

Mahmud Əli görüşdə arakanlı müsəlmanların hüquqlarına qovuşması üçün beynəlxalq ictimaiyyəti daha çox cəhd göstərməyə çağırıb.

Arakan əyalətində davam edən hücumlarda hədəf götürülən 100-dən artıq kəndin onlarlası yandırılarkən, on minlərlə müsəlman da əmin-amanlığına görə bölgədən qaçmağa çalışır.

Mülki şəxslər quru və dəniz yolu ilə Myanmadan Banqladeşə keçməyə cəhd göstərir. BMT hal-hazırda Banqladeşə keçən arakanlı müsəlmanların sayının 270 minə çatdığını bildirib.

Myanma hökumətinin beynəlxalq təşkilatlara bölgəyə giriş icazəsi vərməməsi səbəbindən həlak olanların müəyyən edilə bilmir. Arakanlı qeyri-hökumət təşkilatları həyatını itirən mülki şəxslərin sayının mini ötdüyü bildirilərkən, bəziləri də bu rəqəmin minlərlə olduğunu irəli sürür.



Әlaqәli Xәbәrlәr