"Obamanın bu addımı bir xəta idi", D.Tramp

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Kubaya qarşı ticarət embarqosunu imzaladığı qərarla bir il də uzatdı.

803996
"Obamanın bu addımı bir xəta idi", D.Tramp

  D.Trampın imzaladığı qərarda yazılır: "ABŞ-ın milli maraqlarını qorumaq üçün Kubaya qarşı tətbiq edilən embarqonun bir il uzadılmasına qərar verdim. Tətbiq 14 sentyabr 2018-ci ilə qədər uzadılır".

  Qeyd edək ki, ABŞ və Kuba 2014-cü ilin sonlarından münasibətləri normallaşma istiqamətində işlərə başladığını elan etmişdi. İki ölkənin 2015-ci ildə diplomatik əlaqələri bərpa etməsi və bir sıra ikitərəfli müqavilələr imzalamasına baxmayaraq Kubaya qarşı iqtisadi embarqo davam edirdi. 2016-cı ildə dövrün lideri Barak Obama son 90 ildə Kubaya səfər edən ilk ABŞ prezidenti oldu. İndiki prezident Donald Tramp isə sələfinin hərəkətinin yaxşılaşdırma siyasətində "xəta" adlandırıb.

  Ağ Ev Kubaya qarşı embarqonu qoruyacaqlarını bildirərək Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumları da buna səsləyib.



Әlaqәli Xәbәrlәr