Ümumdünya Müsəlman Alimləri Birliyinin İslam aləminə “Arakan" çağırışı

Ümumdünya Müsəlman Alimləri Birliyinin sədri Yusif əl-Qərdavi Myanma ordusunun arakanlı müsəlmanlara istiqamətli qətliamlarına qarşı İslam aləmini addım atmağa çağırıb.

803155

Qərdavi yaydığı bəyanatda Ərəb və İslam aləminə müraciət edərək bildirib ki, İslam ölkələri istəsə zalım Myanma hökumətinə beynəlxalq əlaqələrindən istifadə edərək iqtisadi və siyasi təzyiq göstərə bilər. Digər bir sıra azlıqlar böyük dövlətlərin dəstəyini götürərək, Myanma hökumətinə özlərilə razılaşması üçün təzyiq etdiyini gördük. İslam dini bizə onlarla birlikdə mübarizə aparmağı və hücumları yox etmək üçün günahsız qardaşlarımıza yardım etməyi əmr edir.

Qərdavi Türkiyənin rohincanlara qarşı mövqeyini tərifləyib, Ərəb ölkələrinin mövqeyini isə tənqid edərək öz aralarındakı ziddiyyətlər və əhəmiyyətsiz mövzularla məşğul olmağın Ərəb ölkələrinin müsəlman qardaşlarına qarşı məsuliyyətini yerinə yetirməsinə mane olduğunu söyləyib.

Әlaqәli Xәbәrlәr