Kanadanın beynəlxalq ictimaiyyətə Arakan çağırışı

Kanadanın xarici işlər naziri Chrystia Freeland beynəlxalq ictimaiyyəti arakanlı müsəlmanlara istiqamətli qətliamlar qarşısında addım atmağa çağırıb.

803204
Kanadanın beynəlxalq ictimaiyyətə Arakan çağırışı

Kanadanın xarici işlər naziri Chrystia Freeland beynəlxalq ictimaiyyəti arakanlı müsəlmanlara istiqamətli qətliamlar qarşısında addım atmağa çağırıb.

Freeland yaydığı açıqlamada Kanadanın Myanmanın Rakhine əyalətindəki həssas və gərgin vəziyyət ilə qonşu Banqladeşə təsirindən ciddi narahat olduğunu olduğunu bildirib.

Myanmanın Dövlət Rəhbərliyindən məsul olanları mövcud humanitar böhran qarşısında məsuliyyətli rəftar etməyə çağıran Freeland deyib ki, zorakılığa dərhal son qoyulmalıdır. Arakan xalqı ölkədə hörmət görməli və tanınmalıdır. Onların Myanmadakı haqlı mövqelərini qəbul etməmək dövlət rəhbərinin həyatı boyunca uğruna mübarizə apardığı demokratik dünyagörüşünü zəiflədir. Kanada demokratik olaraq seçilən hökumətin uğurlu olmasını istəyir. Bunun üçün göstərilən cəhdləri dəstəkləyirik. Kanada xalqı arakanlar (rohincanlar) və digər etnik qruplar üçün insan haqlarının qorunacağını düşünür.

Beynəlxalq ictimaiyyəti Myanma hökuməti ilə birgə addım ataraq bütün dinc vətəndaşları davam edən zorakılıqdan qorumaq üçün tədbirlər görməyə çağıran nazir Freeland humanitar yardım fəaliyyətlərinin də maneəsiz və tam olaraq davam etməsini istəyib.

Kanadada ana müxalifətdəki Mühafizəkar Partiyanın “kölgə kabineti”ndə xarici işlər nazirinin müavini olan Saskathewan Garnet Genuis Kanadanın baş naziri Justin Trudeau və hökumətini Myanmadakı zorakılıq hadisələrinə sadəcə tamaşa etməkdə günahlandırıb.



Әlaqәli Xәbәrlәr