Avropa İttifaqının gündəmində Myanma mövzusu yoxdur

Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali nümayəndəsi Federica Moqerini Estonyadakı Aİ Xarici İşlər nazirləri qeyri-rəsmi toplantısı gündəmində Myanma mövzusunun olmadığını bildirdi.

803681
Avropa İttifaqının gündəmində Myanma mövzusu yoxdur

 F.Moqerini yığıncağa ev sahibliyi edən Estoniyanın Xarici İşlər naziri Sven Mikserlə birlikdə təşkil edilən mətbuat konfransında çıxışı zamanı Şimali Koreyanın nüvə sınaqları, Yaxın Şərq sülh prosesi, Venesuela siyasi böhranı, Aİ üzvlüyünə namizəd ölkələrlə radikallaşma və terrorla mübarizə mövzularından danışdıqlarını söyləyib.

  Avropa İittifaqının Şimali Koreyaya iqtisadi sanksiyaları artırması ilə bağlı həmfikir olduğunu, Pyonqyanq rəhbərliyinin siyasi dialoqa məcbur edilməsini, bunsuz Yaxın Şərqdə sülh müddətindən danışmağın mənasız olduğunu deyən Moqerini İsrail-Fələstin problemilə əlaqədar yenə "iki dövlətli həll" fikrini səsləndirib.



Әlaqәli Xәbәrlәr