Ərəb Dövlətləri Liqası arakanlı müsəlmanlara qarşı zorakılıq hallarını pislədi

Ərəb Dövlətləri Liqası və Ərəb Parlamenti arakanlı müsəlmanlara qarşı zorakılıq hallarının və hüquq pozuntularının dərinləşdirilməsini pislədi.

802733

Ərəb Dövlətləri Liqasının yaydığı açıqlamada Myanma rəsmilərindən rohincan müsəlmanlarına qarşı zorakılığın araşdırılması və günahkarlar barəsində istintaq işlərinin aparılması üçün vacib olan tədbirləri görərək, məsuliyyət öhdəsinə götürməsi istənib.  

Ərəb Parlamentinin yaydığı açıqlamada isə BMT, Cənub-Şərqi Asiya Ölkələri Birliyi ASEAN və İslam Əməkdaşlıq Təşkilatı rohincan müsəlmanlarının məruz qaldığı qətliamları dayandırmaq üçün təcili addım atmağa çağrılıb.

Myanma ordusunun silahlılarla mübarizəyə görə Arakan əyalətində davam edən hücumlarında avqustun 25-dən bəridir çoxlu sayda arakanlı müsəlman dinc vətəndaş həyatını itirdi.

Әlaqәli Xәbәrlәr