UNİCEF arakanlı qadın və uşaqlara yardım edə bilmir

Arakandan qaçan müsəlmanların Banqladeş sərhədinə aclıq və səfalət içində 3 günə çatdıqları ifadə edilən BMT şərhində bildirilir...

801759
UNİCEF arakanlı qadın və uşaqlara yardım edə bilmir

  Birləşmiş Millətlər Təşkilatı Türkiyənin Banqladeşə Arakan müsəlmanlarına yardım təklifini müsbət və təşviqedici addım sayıb və digər ölkələri də oxşar addımlar atmağa çağırıb.

  Arakandan qaçan müsəlmanların Banqladeş sərhədinə aclıq və səfalət içində 3 günə çatdıqları ifadə edilən BMT şərhində bildirilir: "Son 11 gündə hücumlardan qaçaraq Banqladeşə gələn Arakan müsəlmanlarının 80 faizi, yəni 100 mindən çoxu qadın və uşaqlardır."

  Amma BMT-nin Uşaqlara Yardım Fondu – UNICEF-in təhlükəsizliklə əlaqədar Arakanın şimalından bütün personalını geri çağırdığı, bölgədə fəaliyyətini dayandırdığı və Arakanda köməyə möhtac uşaqlara yardım edə bilmədiyini bildirib.

  Bu arada, Avropa İttifaqı Arakanda tərəflərə gərginliyi azaltma, beynəlxalq insan hüquqları qaydalarına uyma və vətəndaşlara qarşı zorakılığı aradan qaldırma çağırışı edib.

  Avropa İttifaqı Komissiyasının Humanitar Yardım və Böhran İdarəsinin məsul komissarı Xristos Stiliand (Christos Stylianides) verdiyi yazılı şərhində deyib: “Myanmarın Arakan əyalətində təxminən 350 min adam məzlum vəziyyətə düşüb və bölgəyə humanitar yardım çatdırılmalıdır. Yardım üçünsə bizə icazə verilməlidir. Avropa İttifaqı Arakana humanitar yardım göndərmək üçün çox səy edir və mövzuyla bağlı həmkarlarıyla görüşür.”

  X.Stiliand Avropa İttifaqının həm də Banqladeşin Arakan vətəndaşlarını qəbulunu təqdir etdiyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr