Rusiya ABŞ-ı məhkəməyə verməyə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin :"Rusiya Xarici İşlər Nazirliyi ölkənin San-Fransiskodakı baş konsulluğunun binasının bir hissəsinin ələ keçirilməsinə görə ABŞ-a qarşı məhkəmədə iddia qaldırmalıdır" dedi.

802267
Rusiya ABŞ-ı məhkəməyə verməyə hazırlaşır

Rusiyanın xəbər agentliyi  "İnterfaks"da  verilən xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Rusiyaya aid diplomatik binalarının kobud bir şəkildə müsadirə olunduğunu söyləyib.

Prezident:"Rusiya Xarici İşlər Nazirliyi ölkənin San-Fransiskodakı baş konsulluğunun binasının bir hissəsinin ələ keçirilməsinə görə ABŞ-a qarşı məhkəmədə iddia qaldırmalıdır" deyib.

"Xarici İşlər Nazirliyinə məhkəmədə iddia qaldırmağı məsləhət görürəm. Görək ABŞ-ın tərifli məhkəmə sistemi necə işləyəcək" deyə Vladimir Putin bildirib.

Eyni zamanda, Rusiya prezidenti rəsmi Moskvanın ABŞ-ın diplomatik missiyasının əməkdaşlarının sayını daha 155 nəfər azaltmaq hüququnu özündə saxladığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr