Arakanlı müsəlmanlara ordu əli ilə zorakılıq kampaniyası

Arakanlı müsəlmanlara (rohincanlar) qarşı hücumlar və insan hüquqları pozuntularını əhatə edən 104 səhifəlik hesabatı hazırlanıb.

802257
Arakanlı müsəlmanlara ordu əli ilə zorakılıq kampaniyası

“Arakanlı müsəlmanlara qarşı ordu əli ilə zorakılıq kampaniyası aparılır”

Bu ifadə Myanma İnsan Haqları Təşkilatının Myanmanın mərkəzi ilə Arakan (Rakhine) və Karen əyalətlərindəki 46-dan artıq qəsəbə və kənddə 8 ay müddətində 350-dən çox adamla müsahibə apararaq hazırladığı arakanlı müsəlmanlara (rohincanlar) qarşı hücumları və insan hüquqları pozuntularını əhatə edən 104 səhifəlik hesabatında yer tutub.

Hesabatda Myanmadakı müsəlmanlara istiqamətli zülmlərin xüsusilə 2012-ci ildən bəridir artaraq davam etdiyi bildirilərək qeyd olunub ki, ölkə miqyasında müsəlmanlardan təmizlənmiş bölgələr yaradılıb. Müsəlmanların ibadətxanaları bağlanıb yaxud da istifadə edilə bilməyəcək vəziyyətə salınıb.

Myanmada “dırnaqarası sivil hakimiyyət” dövründə də müsəlmanlara zülmün davam etdiyi vurğulanan hesabatda “müsəlmanların böyük hissəsinə şəxsiyyət vəsiqəsi verilmir. Rohincanlara qarşı ordu ilə ilə edilən zorakılıq var”-deyə bildirilib.

Sabiq Dövlət başçısı Thein Sein dövründə dini ayrı-seçkilik ehatə edən 4 qanunun qüvvəyə mindiyi və müsəlmanlara təzyiqin qanuniləşdirilərək davam etdiyi vurğulanan hesabatda qeyd edilib ki, Myanmanın Xarici İşlər naziri və Dövlət Başçılığından məsul nazir Aung San Suu Cii müsəlmanlara qarşı ictimaiyyətdəki sosial mövqeləri nə etsə dəyişə bilmir. Həmçinin hakimiyyətdəki Milli Demokratiya Birliyinin lideri rohincanlara qarşı bəyanatlar yaymalarına icazə verilir.



Әlaqәli Xәbәrlәr