"Koreya yarımadasında xaos və qarşıdurma yaranmasına icazə vermiyəcəyik": Liu Jieyi

Şimali Koreyanın ABŞ, Yaponiya, Fransa, İngiltərə və Cənubi Koreyanın tələbinə görə BMT Təhlükəsizlik Şurası ötən gün fövqəladə yığıncaq keçirib.

801124
"Koreya yarımadasında xaos və qarşıdurma yaranmasına icazə vermiyəcəyik":  Liu Jieyi

Toplantıda Şimali Koreyanın qitələrarası ballistik raket ilə uyğunlaşa bilən hidrogen bomba sınağı müzakirə edilib.

Çinin BMT nəzdindəki daimi nümayəndəsi Liu, şura yığıncağındakı çıxışında Şimali Koreyanın nüvə sınağının səbəb olduğu böhran və tarıma çəkilən gərginliyin danışıqlar yolu ilə həllinin vacib olduğunu ifadə edərək: “Çin, Koreya yarımadasında xaos və müharibə yaranmasına icazə vermiyəcək”.

ABŞ-ın BMT yanındakı səfiri Nikki Haley də Şimali Koreya liderinin qarşıdurma yaratmaq üçün əlindən gələn cəhdi etdiyini, bunun qarşısında daha güçlü addımlar atmağın vaxtının gəlib çatdığını qeyd edib. Şimali Koreya ilə ticari əlaqələri davam edən ölkələrlə münasibətlərə yenidən baxacaqlarını vurğulayıb.

Rusiyanın BMT yanındakı daimi nümayəndəsi Vasili Nebenzia da Regionda sülhün təhdid altında olduğunu ifadə edərək: “Böhran siyasi və diplomatik yollarla həll edilməlidir. Şimali Koreya BMT qərarlarına əməl etmir. Bunu qınayırıq”.

Fransanın BMT nəzdindəki nümayindəsi Fransua Delattre də Şimali Koreyaya güçlü iqtisadi sanksiya tətbiq edilməsini istəyib.

Böyük Britaniyanın BMT yanındakı nümayəndəsi Metyu da : “Beynəlxalq cəmiyyət Şimali Koreya gərginliyini azaltmaq üçün dialoqa hazırdır”.

 



Әlaqәli Xәbәrlәr