Boris Johnson Arakan müsəlmanlarına qarşı törədilən zorakılığın dayandırılmasına çağırdı.

İngiltərənin xarici işlər naziri Boris Johnson Arakan müsəlmanlarına qarşı törədilən zorakılığın dayandırılmasına çağırdı.

800554

 İngiltərə Xarici İşlər Nazirliyindən verilən məlumata görə,  Johnson Myanma xarici işlər naziri və dövlət naziri Aung San Suu Çiinin zamanın ən ilhamverici simalarından biri kimi tanınmasına rəğmən Arakandakı əməliyyatların ölkənin nüfuzuna xələl gətirdiyini bildirib.
 
 Johnson Suu Çiinin ölkənin modernləşdirilməsi yolunda böyük çətinliklərlə üzləşdiyini qeyd edərək belə deyib: "Ümid edirəm ki, Suu Çiin diqqətəlayiq keyfiyyətlərindən ölkəsini birləşdirmək, zorakılığa son qoymaq, müsəlmanlara və Arakan bölgəsində yaşayan digər icmalara qarşı bütün qərəzləri məhv etmək üçün istifadə edə biləcək.Onun Birma (Myanma) ordusundan dəstək alması və sülhün bərqərar olması yolunda cəhdlərinin qarşısının alınmaması son dərəcə mühümdür. Onu və Birmadakı hər kəsi dəstəkləyirik".

Әlaqәli Xәbәrlәr