Theresa May:"Şimali Koreyanın hərəkətləri qeyri-qanunidir, provokativdir"

İngiltərənin baş naziri Theresa May Şimali  Koreyanın ballistik raket sınaqlarının qanunsuz olduğunu bildirdi, onları provokativ hərəkətlər olaraq səciyyələndirdi.

799018
Theresa May:"Şimali Koreyanın hərəkətləri qeyri-qanunidir, provokativdir"

 İngiltərənin baş naziri Theresa May Yaponiyaya rəsmi səfər edərkən təyyarədə ingilis mətbuatına müsahibə verdi.
 
May:"Şimali Koreyanın hərəkətləri qeyri-qanunidir. Bunlar əhəmiyyətli dərəcədə provokativ hərəkətlərdir" dedi və İngiltərənin beynəlxalq tərəfdaşlarının Şimali Koreyaya təzyiq edəcəyini bildirdi.
 
 Baş nazir "Böyük İyirmilər"in Hamburqda keçirilən sammitində Çin prezidenti Şi Cinping ilə Şimali Koreya barədə danışıqlar apardığını xatırlatdı, Şimali Koreyaya təzyiq məsələsində Çinin açar rola sahib olduğunu qeyd etdi. May: "Çini bu məsələdə edə biləcəyi hər şeyi etməyə təşviq edirik" deyə danışdı.
 
  Theresa May Yaponiyaya 3 günlük rəsmi səfəri barəsində: "Asiyadakı ən yaxın təhlükəsizlik tərəfdaşımız Yaponiya ilə kiber təhlükəsizlik, terrorizmlə mübarizə və müdafiə sahələrində daha yaxın əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Bu, hər gün daha təhlükəli vəziyyət alan dünyada hər zamankından daha mühümdür" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr