Brüsseldə patrul xidməti müddəti 2020-ci ilədək uzadıldı

Belçikanın paytaxtı Brüsseldə keçən il törədilən terror hücumundan sonra şəhərin  prospekt və küçələrində patrul xidmətində olan əsgərlərin xidmət müddətinin uzadılacağı barədə qərar qəbul olundu.

798085
Brüsseldə patrul xidməti müddəti 2020-ci ilədək uzadıldı

 Belçikanın Quru Qoşunları komandanı general-leytenant Mark Thys əsgərlərin təhlükəsizlik məqsədilə küçələrdəki patrul xidmətini nəzərdə tutan "Ana Vətən Əməliyyatı"nın müddətinin 2020-ci ilədək uzadılacağını bildirdi.
 
 Thys əsgərlərin küçələrdə üzləşə biləcəyi hallara görə təhsil və təlim proqramlarının yenidən nəzərdən keçirildiyini, qarşılaşdıqları ən böyük problemin fasiləsiz olaraq 6 ay müddətində xidmətdə olan əsgərlərin ruhi vəziyyətləri olduğunu və bu müddətin azaldılması istiqamətində işlər aparıldığını qeyd etdi.
 
 Brüsseldəki terror hücumlarından sonra  görülən tədbirlər çərçivəsində əsgərlərin  şəhərin mühüm nöqtələrində növbə tutması və patrul xidmətləri intensivləşdirilmişdi.
 
 İl ərzində patrul xidməti üzvləri tərəfindən terror aktına hazırlaşan  bəzi şəxslər zərərsizləşdirilmişdi.
 
 Brüsseldə  metro stansiyası və hava limanında 22 mart 2016-cı ildə təşkil olunan hücumlarda 32 nəfər ölmüş, 270 nəfər yaralanmışdı.
 
 Hücuma görə məsuliyyəti terror təşkilatı DEAŞ üzərinə götürmüşdü.



Әlaqәli Xәbәrlәr